21 mart 2026. Şənbə

Azərbaycan yığması Polşaya da uduzdu


Azərbaycan yığması Polşaya da uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirib.

Corner.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 17:00-da İtaliyada keçirilən oyunda Polşa yığması ilə üz-üzə gəlib.

Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi iki oyunda uduzmuşdu. Yığma İtaliyaya 0:9, Norveçə isə 0:7 hesabıyla məğlub olmuşdu. 2:0 hesabı ilə  bitən sonuncu oyun da Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatıb və komandamız qrupda sonuncu olub.

Avropa çempionatı, seçmə mərhələ

26 oktyabr

Azərbaycan U-19 – Polşa U-19 0:2
Qol: 
Kinqa, Bişçad, 50. Katya Skupien, 90+1.
Baş hakim: Luiza Tompson







Milli komanda