5 dekabr 2025. Cümə

Yurçeviçə daha iki köməkçi


Yurçeviçə daha iki köməkçi

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin daha iki köməkçisi müəyyənləşib.

Corner.az xəbər verir ki, bunlar 52 yaşlı mütəxəssisin həm yerliləri Frano Leko ilə Armin Alibekoviçdir.Fitnes məşqçisi kimi çalışan Lekonun fson iş yeri BƏƏ-nin “Əl-Ayn” klubu olub. Alibekoviç isə skaut və video-analitik vəzifəsində fəaliyyət göstərir. O, əvvəllər BƏƏ-nin U-17 yığmasında, Polşa “Legiya”sında, eləcə də Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda işləyib. 

Qeyd edək ki, Yurçeviçin digər köməkçiləri Mario Tokiç və Arif Əsədovdur. Qapıçılarla iş üzrə məşqçi isə Dmitri Kramarenko təyin edilib.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu