5 dekabr 2025. Cümə

AFFA: Ozan Cana heç vaxt əsas yığmadan dəvət göndərilməyib


AFFA: Ozan Cana heç vaxt əsas yığmadan dəvət göndərilməyib

AFFA Ozan Can Kökçünün Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvəti qəbul etmədiyinə dair fikirlərinə münasibət bildirib.

Qurumun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla məlumatın həqiqəti əks etdirmədiyini söyləyib.

Ozan Can Kökçü Azərbaycanın U-21 yığmasında oynayıb. O, yalnız 2020-ci ilin avqustunda Kipr və Lüksümburqla UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan ehtiyat heyətdə yer alıb. Lakin Kökçü toplanışda iştirak etməyib.

Assosiasiya rəsmisi 23 yaşlı yarımmüdafiəçiyə Azərbaycanın əsas yığmasından heç vaxt dəvət göndərilmədiyini vurğulayıb: "Həmin vaxt Kökçü ehtiyat oyunçu kimi siyahısında nəzərdə tutulub. Bu, rəsmi dəvət anlamına gəlmir. Ehtiyatda olanların xidmətinə əsas siyahıda hər hansı itki baş verdikdə müraciət olunur".

Qeyd edək ki, Ozan Can Kökçünün Türkiyə millisində çıxış edən qardaşı Orkun Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində Ozan Canın Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvətə cavab vermədiyini söyləyib.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu