- Milli komanda
- 19:00 02.12.2025
Azərbaycan milli komandasının keçmiş qapıçısı Dmitri Kramarenko Rusiya mətbuatına müsahibə verib.
Corner.az xəbər verir ki, ÇSKA klubunda qapıçılarla iş üzrə məşqçi kimi çalışan 47 yaşlı keçmiş oyunçu, Azərbaycan millisində forma geyindiyi vaxt AÇ-2000-nin seçmə mərhələsində Portuqaliyaya səfərdə 0:7 hesabı ilə uduzduqları oyunla bağlı danışıb:
“Utancverici bir şey idi. O vaxtlar Kriştiano Ronaldo olmasa da, Portuqaliya yığması çox güclü idi. Səfərdə 0:7 hesabıyla uduzduq. Çox məyus oldum və bilirdim ki, bu qədər qol buraxmağa haqqım yox idi. Orda bizi ət kimi sərt doğramışdılar. Özümə söz vermişdim ki, cavab görüşündə ən azı uduzmayacağıq. Bakıda onlara qarşı iki gün oynadıq. İlk oyun günündə hesab 0:0 ikən stadionda işıqlar söndü. Nəticədə növbəti gün də oynamalı olduq və 1:1 hesablı heç-heçə etdik. Bu, böyük uğur idi”.