- Milli komanda
- 19:00 02.12.2025
"Əvvəlcə Zəfər Gününüz mübarək olsun. Bayramınızı təbrik edirəm. Uşaqlar istəklidir. Göstərmək istəyirik ki, bizi udmaq asan deyil. Düşünürəm ki, bunu Portuqaliya və Serbiya ilə matçlarda da nümayiş etdirdik. Daha da inkişaf etməliyik".
Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda Lüksemburq yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.