5 dekabr 2025. Cümə

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə bitirdi


DÇ-2022: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə bitirdi

Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 9-cu turuna start verilib.

Corner.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan yığması da növbəti oyununa çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv doğma meydanda Lüksemburqla üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Azərbaycan yığmasının növbəti məğlubiyyəti ilə başa çatıb.

Qrup mərhələsinin digər matçında İrlandiya yığması Portuqaliyanın müqavimətini qırmağa çalışacaq.

A qrupunda Azərbaycan millisi 1 xalla sonuncudur. Serbiya yığması isə 17 xalla 1-ci pillədə qərarlaşıb.

DÇ-2022, seçmə mərhələ, 9-cu tur

11 noyabr

A qrupu

Azərbaycan – Lüksemburq 1:3
Qol: A.Salahlı, 82 – J.Rodriqes, 67; 90+1. S.Till, 78.
Qırmızı vərəqə: T.Mütəllimov, 21.
Baş hakim: Manuel Şüttenqruber (Avstriya)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu