5 dekabr 2025. Cümə

Xalqımızı sevindirmək istəyirdik - Millimizin futbolçusu


Xalqımızı sevindirmək istəyirdik - Millimizin futbolçusu

"Mərhələnin son oyunu idi. Qələbə qazanıb xalqımızı sevindirmək istəyirdik. Amma alınmadı. Yaxşı oyun sərgilədik. Epizodlardan yalnız birindən istifadə etdik".

Corner.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Azər Salahlı Bakıda Lüksemburq yığmasına 1:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

27 yaşlı müdafiəçi milliyə dəstək verdikləri üçün azarkeşlərə təşəkkür edib.

O, Tellur Mütəllimovun qırmızı vərəqə alması komandaya təsir etdiyini vurğulayıb: "Əsas məqsədimiz qələbə qazanmaq idi. Hücumameyilli oynamaq niyyətində idik. Sadəcə, erkən qırmızı vərəqə çıxışımıza təsir etdi".







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu