30 iyun 2026. Çərşənbə axşamı

Tellur Mütəllimov millinin heyətindən kənarlaşdırıldı


Tellur Mütəllimov millinin heyətindən kənarlaşdırıldı

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda noyabrın 11-də keçirilmiş Azərbaycan – Lüksemburq oyununda qırmızı vərəqə ilə cəzalandırılan Tellur Mütəllimov milli komandanın düşərgəsindən kənarlaşdırılıb.

Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, millimiz noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətər millisi ilə beynəlxalq yoxlama oyunu keçirəcək. Qarşılaşmaya saat 21:00-da start veriləcək.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi