30 yanvar 2026. Cümə

Rəqib üstün olduğu üçün qalib gəldi - Milan Obradoviç


Rəqib üstün olduğu üçün qalib gəldi - Milan Obradoviç

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriyaya qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, Bakıda 0:3 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:

“Rəqib bizdən üstün olduğu üçün qələbə qazandı. Nə vaxt rəqibimizdən üstün oynasaq, qalib gələcəyik. Futbolçular bu gün meydanda hər şeyi verdi. Məni məyus edən bəzi məqamlar var. Amma bu barədə danışmaq istəmirəm. Artıq Norveçlə növbəti oyunu fikirləşməliyik.

Komanda ilk yarıda daha yaxşı oyun sərgilədi. Futbolçular meydanda əllərindən gələni etdilər, mən də onlara təşəkkürümü bildirdim. Qol epizodlarımız var idi. Sadəcə, konsentrasiya çatışmazlığı oldu. Son paslarda diqqətli olmalıyıq. İkinci hissədə əvəzetmələrlə nələrisə düzəltmək istədik, amma alınmadı.

Birinci qoladək bərabər səviyyəli mübarizə izlədik. Əlimizə düşən şanslardan yararlanmalı idik. Rəqib ikinci yarıda öz keyfiyyətini göstərdi.

Hakimlər haqqında danışmaq istəmirəm. Referinin işindən məmnun qalmadım. Amma biz bu gün hakimlərə görə uduzmadıq. Futbolçularımız gəncdir və onlar üçün hər şey irəlidədir. Baxaq görək komandamızdakı oyunçuların neçəsi Azərbaycan Premyer Liqasında oynayır? Bütün bunlara yığmanın baş məşqçisinin gözü ilə baxıram və hesab edirəm ki, bu çox deyil. Siz fərqli düşünə bilərsiniz. Hər kəsin öz fikri var. Artıq 3 ildir ki, buradayam və bu müddət ərzində 11 futbolçu əsas komandaya yüksəlib. Bu da bizim işimin bir hissəsidir”.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu