21 mart 2026. Şənbə

Hər matçda uduzmaq bizə də xoş deyil - Emin Mahmudov


Hər matçda uduzmaq bizə də xoş deyil - Emin Mahmudov

"Millinin oyunları ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar və narazılıqlarını bildirirlər. Hər matçda uduzmaq bizə də xoş deyil".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Qətər yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi uzun müddət qələbə qazanmadıqlarını bildirib: "Futbolumuz inkişaf etsə, biz də inkişaf edəcəyik. Bunun isə bir səbəbi yoxdur".

Qeyd edək ki, noyabrın 14-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Qətər matçı saat 21:00-da başlayacaq.







Milli komanda