- Milli komanda
- 14:00 14.11.2024
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.
Corner.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçirilən oyunda İspaniya yığması ilə qarşılaşıb. İngiltərəli referi Davit Kutun idarə etdiyi oyunda Azərbaycan millisi 6 cavabsız qolla məğlub olub.
Azərbaycan millisi qrupdakı ilk matçında Belçikaya 1:5 hesabıyla uduzmuşdu.
Avropa çempionatı, seçmə mərhələ, 2-ci tur
13 noyabr
İspaniya – Azərbaycan 6:0
Qol: Pablo Torre, 23; 69. Niko Serrano, 35, Arnau Martines, 71. Mikel Rodrises, 75. Alberto Moleyro, 90+3.
Baş hakim: Davit Kut (İngiltərə)