21 mart 2026. Şənbə

Azərbaycan millisindən Qətərlə məhsuldar heç-heçə


Azərbaycan millisindən Qətərlə məhsuldar heç-heçə

Futbol üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununa çıxıb.

Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Qətər millisi ilə qarşılaşıb.Bakı Olimpiya stadionunda baş tutan oyunda qapılara 4 qol vurulub. Komandalar sonda meydanı heç-heçə ilə ayrılıblar.

Azərbaycan yığması DÇ-2022-nin seçmə mərhələsinin A qrupunu 1 xalla sonuncu sırada başa vurub.

Yoxlama oyunu

14 noyabr

Azərbaycan – Qətər 2:2
Qol: E.Mahmudov, 37-pen; 67 – A.Almoez, 23; 78.
Baş hakim: Donatas Rumşas







Milli komanda