22 noyabr 2024. Cümə

"Yaxşı oynadıq, sadəcə, qol çatmadı" - Eddi İsrafilov


"Yaxşı oynadıq, sadəcə, qol çatmadı" - Eddi İsrafilov

Millimizin futbolçusu Eddi İsrafilov Bakıda Litva ilə yoxlama matçından (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.Corner.az-ın məlumatına görə, o, yaxşı oynadıqlarını bildirib.

- Qalib gəlmək üçün nə çatmadı?

- Biz yaxşı oynadıq, sadəcə, qol çatmadı. Yeni baş məşqçimiz var, çox çalışacağıq. Yeni futbolçularımız da var. Qarşıdakı oyunlarda qalib gəlməyə çalışacağıq.

- Xorvatiya ilə oyundan sonra Litvaya 2-3 cavabsız qolla qalib gələcəyimizi düşünənlər var idi.

- Futbol elədir ki, necə olacağını qabaqcadan demək olmaz. Gələcəyini düşünə bilərsən, amma sonra qalib gəlmirsən. Ona görə də çox çalışmaq lazımdır. Düşünürəm ki, digər oyunlarda qalib gələrik.

- Qrupdan çıxmağımız realdır?

- Bilmirəm. Amma biz qrupdan çıxmaq istəyirik. Ancaq necə olacağını sonda görəcəyik. Bizim bunun üçün çox gücümüz var. Futbolda nəyin necə olacağını bilmək olmaz. Sadəcə, gücümüz var və irəliyə getmək istəyirik.

- Əvvəllər yığmada yaxşı oynamırdın. İndi isə heç də pis oynamırsan. Fərq nədədir?

- Bunun səbəbini bilmirəm. Mən hər zaman yaxşı oynamaq istəyirəm. Amma hərdən istədiyin kimi alınmır. Mən ola bilər ki, indi yaxşı oyun sərgiləyim. Mən hər zaman belə olmasını arzulayıram.

- Qurban Qurbanovun dönəmində dəvət almadın. Səncə, bu nəyə görə belə oldu?

- Bilmirəm, bunu məndən yox, Qurban Qurbanovdan soruşun.

- Nikola Yurçeviç Azərbaycan millisinə uğur qazandıra biləcək?

- Hələ ki, nəsə demək çox tezdir. Nikola yaxşı baş məşqçidir. Bizə yaxşı motivasiya verir. Çoxlu söhbət edir. Biz də oynayırıq, görək, necə olacaq.(qol.az)








Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi