23 noyabr 2024. Şənbə

De Byazi qalsa, sevinərəm - Emin Mahmudov


De Byazi qalsa, sevinərəm - Emin Mahmudov

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Qətər yığmasına qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu, 2:2 hesabıyla başa çatan matçı belə şərh edib:

“Bu gün əvvəlki oyunlara nisbətən daha yaxşı çıxış etdik. Rəqiblərimiz bizdən üstün olsa da, hücumameylli oynamağa çalışırdıq. Adi vəziyyətlərdə top itirməyimiz bizə çətinlik yaradırdı. Millidən qələbə gözləyən azarkeşləri sevindirə bilmədiyimiz üçün təəssüflənirəm. Qol vəziyyətlərindən yararlana bilməməyimiz baş məşqçi Canni De Byazinin tapşırıqlarına diqqətlə yanaşmamağımızla bağlı deyil. Biz yalnız müdafiədə çıxış etmirik. Hücumda düzgün duruşumuzun olmaması problemlərə gətirib çıxarır. Əlbəttə, biz onun istəklərini yerinə yetirməyə çalışırıq. Hərçənd, bəzi anlarda alınmır”.

Milli komandada 8 qolla üçüncü məhsuldar futbolçu ünvanına yiyələnən Mahmudov ona şans verdiyi üçün De Byaziyə minnətdarlığını bildirib: “Mən De Byaziyə təşəkkür edirəm. Çünki mənə oynamaq şansı verdi, çox güvəndi. Halbuki əvvəllər belə bir imkan yaradılmırdı. De Byazinin yığmada qalıb-qalmaması mənim işim deyil, buna AFFA qərar verəcək. Amma qalsa, sevinərəm. Qalmasa, hər zaman onu yaxşı baş məşqçi kimi xatırlayacağam”.(CBC Sport)







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi