- Milli komanda
- 14:00 14.11.2024
Türkiyəli baş məşqçi Samet Aybabanın Azərbaycan millisinin sükanı arxasına keçəcəyi ilə bağlı növbəti iddia irəli sürülüb.
Corner.az xəbər verir ki, "Star" qəzeti 66 yaşlı mütəxəssisin AFFA-nın təklifini qəbul etdiyini yazıb.
Bildirilib ki, milli assosiasiyanın Aybabanı bu posta gətirməklə bağlı qərarı qəti olsa, onunla müqavilə imzalanacaq.
Daha əvvəl AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla qurumun Aybaba ilə nəinki anlaşdığını, heç onunla danışıq belə aparmadığını vurğulayıb.
Qeyd edək ki, türkiyəli mütəxəssis sonuncu dəfə "Adana Demirspor"a rəhbərlik edib. O, üç aya yaxındır işsizdir.(report)