- Milli komanda
- 19:00 02.12.2025
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Corner.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Rusiya millisi ilə üz-üzə gəlib. Görüş qonaq komandanın böyük hesablı qələbəsiylə yekunlaşıb.
Azərbaycan millisi seçmə mərhələnin E qrupunda 0 xalla sonuncudur.
Dünya çempionatı, seçmə mərhələ
25 noyabr
Azərbaycan – Rusiya 0:4
Qol: Marina Fyodorova, 16. Alsu Abdullina, 28. Alena Andreyeva, 43. Marqarita Çernomırdina, 90+5.
Baş hakim: İonela Alina Peşu (Rumıniya)