25 aprel 2026. Şənbə

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli olur


De Byazinin Azərbaycan millisindəki taleyi bəlli olur

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin yığmadakı taleyinə dekabrın 2-də aydınlıq gələcək.

Corner.az-ın məlumatına görə, bu tarixdə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

İclasda 65 yaşlı italiyalı mütəxəssisin hesabatı dinləniləcək və baş məşqçi məsələsi ilə bağlı müzakirə aparılacaq.

İclasın gündəliyinə həmçinin aşağı yaş qruplarından ibarət yığmaların baş məşqçisi vəzifəsinə təyinatların müzakirəsi də daxil edilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə başçılıq edir.







Milli komanda