5 dekabr 2025. Cümə

Azərbaycan yığması Monteneqroya qalib gəldi


Azərbaycan yığması Monteneqroya qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Corner.az xəbər verir ki, komandamız Bakıda Monteneqro yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan qarşılaşma millimizin 1:0 hesablı qələbəsiylə başa çatıb. Bu, Azərbaycan yığmasının seçmə mərhələdəki ilk qələbəsidir.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu

30 noyabr

Azərbaycan – Monteneqro 1:0
Qol: Ayşən Əhmədova, 24.
Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).
Bakı. “Dalğa Arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu