25 aprel 2026. Şənbə

Azərbaycan millisi yaxşı müdafiə olundu


Azərbaycan millisi yaxşı müdafiə olundu
Qadın futbolçulardan ibarət Monteneqro milli komandasının baş məşqçisi Mirko Mariç DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Topa daha çox biz sahib idik. İki epizodda fərqlənməyə yaxın olduq. Təəssüf ki, zərbələrimiz dirəkdən geri qayıtdı. Bu gün bəxtimiz gətirmədi. Azərbaycan millisi qol vurdu və sona qədər yaxşı müdafiə olundu”.






Milli komanda