10 may 2026. Bazar günü

AFFA De Byaziyə Millətlər Liqasının sonunadək vaxt verib


AFFA De Byaziyə Millətlər Liqasının sonunadək vaxt verib

Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Canni De Byaziyə 2022-ci il Millətlər Liqasının seçmə mərhələsinin sonunadək vaxt verilib.

Corner.az xəbər verir ki, bu barədə  AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov məlumat verib. M.Məmmədovun sözlərinə görə, məhz bu səbəbdən, italiyalı mütəxəssislə müqavilə 2022-ci ilin oktyabrınadək uzadılıb.

Yaxın bir ay ərzində De Byazinin Millətlər Liqasına hazırlıq planını təqdim edəcəyini deyən İcraiyyə Komitəsinin üzvü daha sonra yekun qərarın veriləcəyini vurğulayıb.(report)







Milli komanda