30 iyun 2026. Çərşənbə axşamı

Azərbaycan millisindən BƏƏ ilə növbəti heç-heçə


Azərbaycan millisindən BƏƏ ilə növbəti heç-heçə

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışını başa vurub.

Corner.az xəbər verir ki, komandamız bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb. Millimizin heyətində Elgün Arazlı fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyun da heç-heçə nəticələnmişdi – 1:1.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi