21 mart 2026. Şənbə

AÇ-2023: Azərbaycan millisinin rəqibləri bəlli oldu


AÇ-2023: Azərbaycan millisinin rəqibləri bəlli oldu

İsveçrənin Nyon şəhərində 17 yaşadək qadınlardan ibarət komandalar arasında 2023-cü il Avropa çempionatının ikinci seçmə mərhələsinin püşkü atılıb.

Corner.az xəbər verir ki, reytinqə əsasən B liqasında qərarlaşan Azərbaycan millisi 3-cü qrupda Albaniya, Şotlandiya və Şimali Makedoniya komandaları ilə A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Bu qrupun oyunları 2022-ci il 8-14 martda Albaniyada baş tutacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2023-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.







Milli komanda