21 mart 2026. Şənbə

Azərbaycan UEFA reytinqində gerilədi


Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.

Corner.az-ın məlumatına görə, buna "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin VI turunda İsveçrədə "Bazel"ə 0:3 hesabı ilə uduzması səbəb olub. Ölkə 25-ci sıradan 26-cı yerə enib.

Rumıniyada Çexiya "Yablonets"ini 2:0 hesabı ilə üstələyən ÇFR (Kluj) komandası ölkəsinin aktivinə 0,500 xal yazdırıb.

Beləliklə, 17,150 xala malik Rumıniya 25-ci olub. Hazırda 17,000 xalla 26-cı yerdə gedən Azərbaycan 27-ci pillədəki Macarıstandan 0, 625 xal öndədir.







Milli komanda