21 mart 2026. Şənbə

Millimizin oyunlarının tarixi bəlli oldu


Millimizin oyunlarının tarixi bəlli oldu
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının ikinci seçmə mərhələsində keçirəcəyi oyunların tarixi müəyyənləşib. Corner.az xəbər verir ki, B liqasından A liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq millimiz 1-ci qrupda Şimali İrlandiya, Farer adalar və Malta komandaları ilə qarşılaşacaq.
 
Bu qrupun oyunları gələn ilin aprel ayında Şimali İrlandiyada təşkil olunacaq. Millimiz aprelin 6-da Farer adalar, 9-da Malta, 12-də isə Şimali İrlandiya komandası ilə üz-üzə gələcək.






Milli komanda