3 avqust 2026. Bazar ertəsi

Kamran Ağayev Azərbaycan millisində çalışacaq


Kamran Ağayev Azərbaycan millisində çalışacaq

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayevlə görüşüb.

Corner.az xəbər verir ki, E.Məmmədov karyerasını başa vuran 36 yaşlı qolkiperə təşəkkürünü bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

AFFA-nın təklifi ilə Kamran Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək və milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.

Görüşdə assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov və Texniki Departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak edib.

Qeyd edə ki, Kamran Ağayev Azərbaycan yığmasının heyətində 79 oyunda meydanda olub.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi