- Milli komanda
- 19:00 02.12.2025
"2018-ci ilin qışında AFFA nümayəndələri ilə görüşdüm".
Corner.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç "FootBoom" nəşrinə açıqlamasında deyib.
“Üç ildir Azərbaycandayam. DÇ-2018-dən sonra 6 ay burada qaldım. Azərbaycan Futbol Federasiyasının nümayəndələri mənimlə görüşdü. Layihələrindən danışdılar və məni gənclər yığmasının baş məşqçisi postunda görmək istədiklərini dedilər. Mənim üçün böyük çağırış idi. Özümü test etmək istədim. Azərbaycana gəlməklə düzgün addım atdığımı düşünürəm. Üç il ərzində 12 gənc futbolçu əsas yığmaya yüksəldi. Burada hər şeydən məmnunam. Azərbaycanda işləmək mənim üçün asan və xoşdur”.
Obradoviç 2019-cu ildən Azərbaycanın U-21 millisinə rəhbərlik edir.