22 oktyabr 2024. Çərşənbə axşamı

Bilmirəm, bu cür qeyri-dəqiq xəbərlər haradan çıxır - Yurçeviç


Bilmirəm, bu cür qeyri-dəqiq xəbərlər haradan çıxır - Yurçeviç

"Yazılanlar doğru deyil. Bilmirəm, bu cür qeyri-dəqiq xəbərlər haradan çıxır. Hər gün Dmitri Kramarenko və Arif Əsədovla oluruq, komandaya aid məsələləri müzakirə edirik. Bunu onlardan soruşaraq da, dəqiqləşdirə bilərsiniz".

Corner.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında milli komandamızın baş məşqçisi Nikola Yurçeviç deyib. Premyer Liqamızın oyunlarını izləmədiyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən xorvatiyalı mütəxəssis deyib: "Xorvatiya və Litva ilə oyunlardan sonra Bakıda olmuşam. Son 2 turun ümumilikdə 5 oyununu tribunadan canlı izləmişəm".

Hazırda ölkəsi Xorvatiyada olan çalışdırıcı ölkəsinə getməsinin səbəbini də açıqlayıb: "Heç bir problemim yoxdur. Dünən bir neçə günlük Zaqrebə gəlmişəm. Anamı və bacımı ziyarət edəcəyəm. Bundan başqa, millinin məşq planını tərtib etmək üçün fitness və analiz üzrə məşqçilərlə görüşəcəyəm. Köməkçim Mario Tokiç hazırda Bakıdadır və bu turun oyunlarınız canlı izləyəcək. Növbəti tura qədər isə özüm də Bakıda olacağam".







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"