11 may 2026. Bazar ertəsi

Azərbaycan millisi Ukrayna ilə bacarmadı


Azərbaycan millisi Ukrayna ilə bacarmadı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Corner.az xəbər verir ki, Ukraynanın “Rux” (Lvov) klubunun ikinci komandasına qarşı keçirilən qarşılaşma Azərbaycan millisinin minimal hesablı məğlubiyyəti ilə nəticələnib – 0:1.

Toplanış çərçivəsində fevralın 2-də İraq U-20 millisinə qarşı keçirilən ilk yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşmışdı.







Milli komanda