21 mart 2026. Şənbə

Azərbaycan - Estoniya matçının başlama vaxtı bəlli oldu


Azərbaycan - Estoniya matçının başlama vaxtı bəlli oldu
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Estoniya komandasına qarşı keçirəcəyi oyunun başlama vaxtı məlum olub.
 
Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, martın 25-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.






Milli komanda