21 mart 2026. Şənbə

Millimiz BƏƏ-yə qalib gəldi


Millimiz BƏƏ-yə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Corner.azxəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşıb.

“Dalğa Arena”da baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın qələbə qollarını Sevinc Cəfərzadə və Manə Mollayevə vurub.

Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-də eyni rəqibi 4:0 hesabı ilə üstələyib.







Milli komanda