21 mart 2026. Şənbə

Visla'nın futbolçusu Azərbaycan millisinə dəvət aldı


Visla'nın futbolçusu  Azərbaycan millisinə dəvət aldı

Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən Anton Krivotsyuk Azərbaycan milli komandasına dəvət alıb.

Corner.az rəsmi saytına istinadən xəbər verir ki,  23 yaşlı müdafiəçi Malta və Latviya ilə yoldaşlıq oyunlarına yollanacaq.

2019-cu ildən əsas millidə çıxış edən Krivotsyuk 24 matçda meydanda olub. O, "Visla"ya ötən yay "Neftçi"dən transfer olunub.

Qeyd edək ki, Azərbaycan millisi martın 24-də Malta Milli stadionunda yerli yığma ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək.







Milli komanda