21 mart 2026. Şənbə

Azərbaycan millisi Şimali Makedoniyaya da uduzdu


Azərbaycan millisi Şimali Makedoniyaya da uduzdu
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün növbəti oyununu keçirib.
 
Corner.az xəbər verir ki, Azərbaycan millisi saat 15:00-da başlayan oyunda Şimali Makedoniyadan olan yaşıdları ilə qarşılaşıb. Oyun Şimali Makedoniyanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Milli komanda bundan əvvəl Albaniya yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.






Milli komanda