21 mart 2026. Şənbə

De Byazi milliyə daha bir futbolçu dəvət etdi


De Byazi milliyə daha bir futbolçu dəvət etdi
Futbol üzrə Azərbaycan milli komandasının heyətinə daha bir oyunçu dəvət olunub. Corner.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu Rüstəm Əhmədzadə milli komandanın təlim-məşq toplanışında iştirak edəcək.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Maraqlıdır ki, AFFA ötən gün Rüstəmin U-21 yığmamızın toplanışına dəvət aldığını açıqlamışdı. Lakin sonradan gənc futbolçunun əsas milliyə cəlb olunması qərara alınıb.






Milli komanda