23 oktyabr 2024. Çərşənbə

Yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır


Yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır

"Əvvəlcə Novruz bayramınızı təbrik edirəm. Heyətə gəlincə, heç vaxt Eddi israfilovla Dmitri Nazarovu milliyə çağırmayacağımı deməmişəm. Bu qərar sadəcə, COVID-19-la bağlı idi. Həmin vaxt gənclərə şans verdik. İndi başa düşdük ki, yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır".

Corner.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis heyətə dəvət göndərdiyi qapıçılara toxunub : "Gənclər heyətdə qalır və onlara təcrübəli oyunçular əlavə olunur. Yeni çağırdıqlarım öz təcrübələri ilə bizə kömək edə bilər. Burada problem görmürəm.Üç yaxşı qapıçımız var. Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir. Digər ikisinin isə təcrübəsi var. Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada baş tutacaq.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"