29 iyun 2026. Bazar ertəsi

Kamran Ağayev milli komandanın məşqçisi təyin olundu


Kamran Ağayev milli komandanın məşqçisi təyin olundu

Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.

Corner.az-ın məlumatına görə, 36 yaşlı veteran qolkiper baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub.

Ağayev yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Kamran Ağayev 2008 - 2018-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Ağayev bu ilin yanvarında karyerasını başa vurub.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi