21 mart 2026. Şənbə

Millimiz Sloveniyaya ikinci oyunda da uduzdu


Millimiz Sloveniyaya ikinci oyunda da uduzdu
Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə uduzub.
 
Millimizin heyətində tək qolu Nəriman Axundzadə vurub.
 
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüş də 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.






Milli komanda