23 oktyabr 2024. Çərşənbə

Həm mental, həm də fiziki cəhətdən yaxşı formadayam


Həm mental, həm də fiziki cəhətdən yaxşı formadayam
Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov Malta yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirləni bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Maltada təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“Sabah vacib oyunumuz var. Hamımız birlikdə mübarizə aparıb nəticə qazanmalıyıq. Yığmaya qayıtdığım üçün xoşbəxtəm”.
 
30 yaşlı yarımmüdafiəçi bildirib ki, keçmişdə olanları unutmaq lazımdır: “Əsas odur ki, yenidən buradayam. Əlimdən gələni edəcəyəm ki, komandanın uğurlarına töhfə verim. Özümü çox yaxşı hiss edirəm. Həm mental, həm fiziki cəhətdən yaxşı formadayam. Hər şey yüksək səviyyədədir”.
 
Sabah keçiriləcək Malta - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"