23 oktyabr 2024. Çərşənbə

Millinin qapısı hamının üzünə açıqdır - De Byazi


Millinin qapısı hamının üzünə açıqdır - De Byazi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Malta yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl fikirləni bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Maltada təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
“İyunda keçirəcəyimiz UEFA Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini məyyənləşdirməyə çalışırıq. Çox güman, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq. Heyət məsələsinə gəlincə, əvvəlki toplanışlara Eddi İsrafilovu dəvət edə bilmirdik. Bunun da əsas səbəbi COVID-19 pandemiyası və daha sonra klubsuz qalması idi. Bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var. Namik Ələskərovun yüngül zədəsi var və sabahkı oyunda çıxış edə bilməyəcək. 
 
Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır. Keçən dəfə dediyim kimi, əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verirdik. Ancaq zaman göstərdi ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır. Bu səbəbdən gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik”.
 
Sabah keçiriləcək Malta - Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"