21 aprel 2026. Çərşənbə axşamı

Millimizin futbolçularına bu qədər pul veriləcək


Millimizin futbolçularına bu qədər pul veriləcək

Dünən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Corner.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri Estoniyanı böyük hesabla məğlub edib - 3:0.

AFFA bu münasibətlə U-21-i mükafatlandıracaq. Əsas heyətdə meydana çıxanların hər birini 5000 manat gözləyir.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib.

Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.(sportinfo.az)







Milli komanda