Maltada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yenidən maltalı yaşıdları ilə qarşılaşıb. Corner.az xəbər verir ki, görüş millimizin 2:0 hesablı inamlı qələbəsiylə yekunlaşıb.
U-17-nin heyətində 24-cü və 45+1-ci dəqiqədə müvafiq olaraq Əşrəf Ələkbərli və Nihad Əhmədzadə fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.