5 dekabr 2025. Cümə

Azərbaycan millisinə Latviya ilə oyuna görə MÜKAFAT vəd olundu


Azərbaycan millisinə Latviya ilə oyuna görə MÜKAFAT vəd olundu

Futbol üzrə Azərbaycan millisinin üzvləri sabah Latviya ilə yoxlama oyununda qələbə qazanacaqları təqdirdə, mükafatlandırılacaqlar.

Corner.az xəbər verir ki, Latviya ilə matçda qazanılacaq qələbə hər futbolçuya 5 min manat qazandıracaq. AFFA-nın adi yoxlama oyununa görə bu məbləğdə mükafat vəd etməsinin səbəbi Malta ilə martın 25-də keçirilən sınaq matçındakı məğlubiyyətdir (0:1). Maltaya məğlubiyyətdən sonra idman mediasında və sosial şəbəkədə AFFA ciddi şəkildə tənqid olunub, federasiya rəhbərliyinin, xüsusən də, icraçı vitse-prezident Elxan Məmmədovun istefası tələb edilib. AFFA rəhbərliyi ardıcıl ikinci yoxlama oyununda məğlubiyyətin tənqidlərin sayını artıracağını anladığından, bu addımı atmaq qərarına gəlib.

Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan – Latviya oyunu saat 15:00-da başlayacaq.(komanda.az)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu