- Milli komanda
- 19:00 02.12.2025
Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb. Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə üz-üzə gəlib.
Azərbaycan millisi martın 25-də keçirdiyi yoxlama matçında Maltaya 0:1 hesabı ilə uduzmuşdu. Bu üzdən, yoxlama oyunu da olsa, milli komanda Latviya yığması ilə göruşdə qələbə qazanmağa çıxmışdı. Lakin görüşün 30-cu dəqiqədə Qara Qarayevin birbaşa qırmızı vərəqə ilə meydandan qovulması işi daha da çətinləşdirib. Son dəqiqələrdə Latviya millisinin vurduğu qolla yığmamız məğlubiyyətə üzülüb. Bununla da, millimiz Maltadan iki məğlubiyyətlə qayıdır.
Yoxlama oyunu
29 mart
Azərbaycan – Latviya 0:1
Qol: V.Qutkovski, 85.
Qırmızı vərəqə: Q.Qarayev, 30.
Hakimlər: Trustin Farruqia Kann, Luke Portelli, Dunkan Sultan, Andrea Skiriha (hamısı Malta).
Malta. Milli Stadion.