12 may 2026. Çərşənbə axşamı

U-21 yığmamız Belarusa məğlub oldu


U-21 yığmamız Belarusa məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, yığmamız yoxlama oyununda qüvvəsini sınayıb.

AÇ-2023-ün seçmə mərhələsindəki ilk qələbəsini martın 25-də Sumqayıtda Estoniya üzərində qazanan (3:0) Milan Obradoviçin yetirmələri bu dəfə Belarusla üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda yığmamız məğlubiyyətlə üzləşib.

Yoxlama oyunu
29 mart

Azərbaycan – Belarus 1:3
Qol: R.Abdullazadə, 84 – İ.Vasileviç, 22. O.Nikifarenko, 37-pen. D.Latıxov,
Baş hakim: Əliyar Ağayev (Azərbaycan).
Bakı. “Bakcell Arena”.







Milli komanda