5 dekabr 2025. Cümə

Millimiz FIFA reytinqində 8 pillə gerilədi


Millimiz FIFA reytinqində 8 pillə gerilədi

Azərbaycan millisi FIFA reytinqində daha 8 pillə geriləyib.

Corner.az-ın məlumatına görə, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 1126 xalla 129-cu sırada qərarlaşıb.

Buna yığmanın yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzması səbəb olub. Komanda ötən reytinqdə 1139 xalla 121-ci olub.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidir.

Reytinqin ilk pilləsində dəyişiklik baş verib. Belçikanı (1827) arxada qoyan Braziliya (1832) birinci sıraya yüksəlib. 1789 xala malik Fransa üçüncüdür. Türkiyə seçməsi 1461 xalla 43-cü yerdədir.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu