5 dekabr 2025. Cümə

Azərbaycan millisində xarakter problemi var


Azərbaycan millisində xarakter problemi var

"Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm".

Corner.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibəsində deyib.

65yaşlı mütəxəssis yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarına da toxunub: "Vaxtın çox az olması problemdir. Buna baxmayaraq komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir".

De Byazi Azərbaycan seçməsini Albaniya yığması ilə də müqayisə edib: "Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Qarşımdakı müəyyən çatışmazlıq isə budur ki, biz birlikdə qurduğumuzu həyata keçirmək üçün var qüvvəmizlə mübarizə aparırıq. İndi bunun üzərində işləyirəm. İstəyimi müəyyən müddətə gerçəkləşdirmək üçün mənə vaxt verilib".

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan yığmasına rəhbərlik edir.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu