30 yanvar 2026. Cümə

Heç vaxt o sözləri işlətməmişəm – De Byazi


Heç vaxt o sözləri işlətməmişəm – De Byazi
“Heç vaxt rəhbərlik etdiyim komanda barədə xaraktersiz və ya qorxaq ifadəsini işlətməmişəm. Bu, mümkün deyil”. Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi İtaliya mətbuatında yer alan müsahibəsindəki açıqlamasına aydınlıq gətirərkən deyib.
 
O, rəhbərlik etdiyi komandaların adətən xarakteri ilə və oyundan öncə rəqiblərdən çəkinməmələri ilə fərqləndiyini söyləyib:
 
“Ola bilər, hansısa texniki qüsur olub və ya tərcümədə hər hansısa uyğunsuzluq baş verib. Qətiyyətlə deyirəm ki, mənim rəhbərlik etdiyim komandanı xaraktersiz və qorxaq adlandırmağım mümkün deyil”! (Report)






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu