- Milli komanda
- 14:00 14.11.2024
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirib. Corner.az xəbər verir ki, millimiz Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyununda meydan sahibi komanda ilə qarşılaşıb.
Qazaxıstandan olan baş hakim idarə etdiyi matçda meydan sahibləri minimal hesabla qələbə qazanıb.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, ikinci matçında Maltaya 1:2 hesabıyla uduzmuşdu.
AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 aprel
Azərbaycan – Şimali İrlandiya 0:1
Qol: Kora Çambers, 34.
Hakimlər: Tatyana Sorokopudova, Nargis Magau (Qazaxıstan), Anni Koppel, Triinu Laos (Estoniya).
İnver Park. Larne.
Xal durumu: Şimali İrlandiya – 7, Malta – 7, Azərbaycan – 3, Farer adaları – 0.