23 oktyabr 2024. Çərşənbə

Yığmamız qrup lideri ilə bacarmadı


Yığmamız qrup lideri ilə bacarmadı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Corner.az xəbər verir ki, Siyasət Əsgərovun komandası E qrupunda Danimarka yığmasının qonağı olub.

Viborq şəhərindəki eyniadlı stadionda baş tutan qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start verilib. Portuqaliyalı Silvia Dominqosun idarə etdiyi matçda millimiz bu görüşdə 2 cavabsız qolla məğlub olub.

Danimarka 8 görüşdən sonra 24 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu – altıncı pillədə qərarlaşıb.

DÇ-2023-ün seçmə mərhələsi
12 aprel

Danimarka – Azərbaycan 2:0
Qol: Stine Larsen, 2. Karen Holmqaard, 76.
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (Portuqaliya).
Viborq stadionu.

Xal durumu: Danimarka – 24, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"