5 dekabr 2025. Cümə

Milan Obradoviç Azərbaycan millisindən ayrılır


Milan Obradoviç Azərbaycan millisindən ayrılır

Milan Obradoviç 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi vəzifəsindən ayrılacaq.

Corner.az-ın məlumata görə, serbiyalı mütəxəssis AFFA ilə bu il iyunun 15-də başa çatacaq müqavilənin müddətini uzatmayacaq.

Buna səbəb 45 yaşlı baş məşqçinin artıq U-21 yığmasında işləmək istəməməsidir. Obradoviç özünü əsas millidə və ya klub futbolunda sınamaq istəyir. Amma onun milli assosiasiyada başqa vəzifəyə təyinat ala biləcəyi də istisna olunmur.

Qeyd edək ki, Milan Obradoviç 2019-cu ilin yanvarında Azərbaycanın U-21 millisinə baş məşqçi təyin olunub.(report)







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu