5 dekabr 2025. Cümə

Elxan Abdullayev: Mən uşaqlara inanıram


Elxan Abdullayev: Mən uşaqlara inanıram
Azərbaycanın U-17 milli komandasının baş məşqçisi Elxan Abdullayev UEFA İnkişaf turniri çərçivəsində bu gün keçirilmiş Gürcüstanla oyunu şərh edib. Corner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:
 
“Çox maraqlı oyun keçdi. İlk qarşılaşmada komandamızda görmədiyimiz müsbət cəhətləri, bu oyunda müşahidə etdik. Baxmayaraq ki, qalib gələ bilmədik, amma millimiz 90 dəqiqə rəqibi təzyiq altında saxladı. Əldə etdiyimiz fürsətləri realizə edə bilmədik. Ümumilikdə oyundan razı qaldım. Beynəlxalq təcrübə baxımından gənc futbolçular üçün belə turnirlərdə iştrak etmək çox faydalıdır. Məqsədimizə çatmaq üçün oyunumuzu daha da yaxşılaşdırmalıyıq və bu istiqamətdə inkişafımızı davam etdirməliyik. Komandamız yaxşıdır və mən uşaqlara inanıram”.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu